Buker mükafatının uzun siyahısı açıqlandı
31 mart 2021
12:44
Beynəlxalq Buker mükafatının uzun siyahısı açıqlanıb.
Kulis.az mükafatın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 13 müəllif yer alıb.
Siyahını təqdim edirik:
1. Can Xue – "Gecəqonduda yaşayıram" (Çin)
2. David Diop – "Gecə bütün qanlar qara rəngdədir". (Fransa)
3. Nana Ekvtimişvili – "Armudlu düzəngahı" (Gürcüstan)
4. Mariana Enrikez – "Yataqda siqaret çəkməyin təhlükələri" (Argentina)
5. Benjamin Labatut – "Dünyanı anlamağı dayandıranda" (Hollandiya)
6. Nquqi va Tionqo – "İdeal doqquzluq: Gikuyi və Mumbi dastanı" (Keniya)
7. Olqa Ravn – "Əməkdaşlar" (Danimarka)
8. Jaap Robben – "Yay qardaşı" (Hollandiya)
9. Judith Schalansky – "İtkilərin inventarı" (Almaniya)
10. Adania Şibli – "Minor detal" (Fələstin)
11. Mariya Stepanova – "Yaddaşın xatirəsinə" (Rusiya)
12. Andrey Tiçi – "Səfalət" (Çexiya)
13. Eric Vuillarda – "Yoxsulların müharibəsi" (Fransa)
2219 dəfə oxunub