İbrahim Tatlısəs kəfənini geyib Amerikaya gedir

İbrahim Tatlısəs kəfənini geyib Amerikaya gedir
30 yanvar 2015
# 13:10

“Kəfənimi geyindim, gedirəm. Ya əvvəlki vəziyyətimə düşüb gələcəm, ya da gəlməyəcəm”. Bu sözləri beyin əməliyyatı üçün Amerikaya getməyə hazırlaşan İbrahim Tatlısəs deyib.

14 Mart 2011-ci ildə silahlı hücuma məruz qalaraq başından yaralanan məşhur müğənni uzun müddət müalicə olunmuşdu. Ancaq qırılan kəllə sümüyünün parçalarından biri riskli olduğu üçün çıxarılmamışdı. Tatlısəs o sümüyün çıxarılması üçün fevral ayının ilk həftəsində Amerikaya uçacaq. Üç ay orda qalacaq musiqiçinin ailəsi və yaxınları yanında olacaq.

# 1136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #