Bəlkə onda bu fəlakət baş verməzdi – Vilayət Quliyev vəfat edən qızından yazdı - Foto

Bəlkə onda bu fəlakət baş verməzdi – Vilayət Quliyev vəfat edən qızından yazdı - Foto
14 sentyabr 2021
# 14:30

Kulis.az yazar-tərcüməçi Vilayət Quliyevin bir neçə ay öncə gözlənilmədən dünyasını dəyişən qızı Humay xanım haqda sosial şəbəkələrdə etdiyi paylaşımı təqdim edir.

“Humayı itirməyimizdən 6 ay keçdi. 6 uzun və dərdli ay... Hər günü beyində və ürəkdə qurulan məhkəmələr, özünə yönəlik ittihamlarla dolu 6 ay. “Axı nə üçün ona bu qədər sərbəstlik verdim? Nə üçün insanları sevməyi təlqin etdim? Nədən yalnız özünü fikirləşən bir eqoist kimi böyütmədim? Bəlkə onda bu fəlakət də baş verməzdi...” - düşüncəsinin verdiyi çəkilmız əzab... Amma hər bir halda Humayla qürur duyuram. Yaradana mənə belə bir övladın valideyni olmaq xoşbəxtliyini bəxş etdiyi üçün daim minnətdaram...

Şəkil son xidmət yerində - Kolumbiyada çəkilib.”

May be an image of standing, outdoors and tree

# 3078 dəfə oxunub

Müəllifin son yazıları

# # #