Aqil Abbas: "Oğlum dedi, ata, səni heç vaxt xoşbəxt görmədim"

Aqil Abbas: "Oğlum dedi, ata, səni heç vaxt xoşbəxt görmədim"
23 noyabr 2020
# 17:20

"Bu otuz ildə mən səni heç vaxt xoşbəxt görmədim, ata. Həmişə sənin gözlərinin içində bir dərd vardı".

Bu barədə yazıçı, millət vəkili Aqil Abbas APA TV-nin “Aparalel” verlişində qonaq olarkən söyləyib. O daha sonra əlavə edib:

“Şuşa azad olunandan sonra səhər-səhər televizroda xəbərləri izləyirdim. Böyük oğlum yanıma gəlib mənə dedi, ata, sən böyük, tanınmış yazıçı oldun, yaxşı evin-eşiyin oldu, oğlanların, nəvlərin var, sənin romanın əsasında film çəkildi, millət səni özünə vəkil seçdi. Bütün bunlar hamısı sənin xoşbəxtliyindir. Amma bu otuz ildə mən səni xoşbəxt görmədim. Həmişə gözlərinin içində bir dərd vardı. Amma bu gün səni xoşbəxt gördüm. Ata, bu gün dünyanın ən xoşbəxt adamısan. Torpağın qayıtdı”.

# 2408 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #