Muğam Mərkəzinin yay layihəsi davam edir

Muğam Mərkəzinin yay layihəsi davam edir
27 iyul 2019
# 10:19

İyulun 26-da Beynəlxalq Muğam Mərkəzinin (BMM) yeni layihəsi olan “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarının növbəti tədbiri Qaradağ rayonundakı A.R.Qobustanlı adına Mədəniyyət evində keçirilib.

BMM-in təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə baş tutan konsertdə gənc xanəndələr Azərbaycan xalq mahnılarını və muğamlarını ifa ediblər. Bir-birindən maraqlı çıxışlar tamaşaçılara əsl yay istirahəti yaşadıb.

Bu dəfə Qaradağ sakinləri ilə görüşə xanəndələr Elgiz Əliyev, Nisbət Sədrayeva və Almaxanım Əhmədli gəliblər. İfaçıları tarda Zəfər Məmmədli, kamançada Muşfiq Lətifov və nağarada Vüsal Əliyev müşayiət ediblər.

Bu ay start götürən layihə ilin sonuna kimi davam edəcək. İsti yay günlərinin milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarının sədaları ilə keçirmək istəyənlər tətil boyu təşkil ediləcək muğam axşamlarına dəvət olunur./azertag.az/

# 3103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #