Ceyms Kemeron "Avatar"ın yaranmasından danışdı

Ceyms Kemeron "Avatar"ın yaranmasından danışdı
28 noyabr 2022
# 10:40

Amerikalı rejissor Ceyms Kemeron “Avatar”filminin elmi-fantastika əsasını təşkil edən ilk ideyaların ona 19 yaşında – yəni təxminən 50 il əvvəl yuxuda gəldiyini etiraf edib.

Kulis.az xəbər verir ki, rejissor bu barədə GQ jurnalına müsahibəsində bildirib:

“Yuxumda fiber-optik lampalara bənzəyən ağacları olan meşə, onun üzərindən keçəndə işıq saçan yerdə hissəciklər və bənövşəyi mamır ilə parlayan çay gördüm. Çox həyəcanla oyandım və gödüklərimin hamısını qeyd etdim. Film də bu yuxuma əsasən yarandı”.

Qeyd edək ki, ilk Avatarın davamı olan “Avatar: Suyun Yolu” dekabrın 16-da nümayiş olunacaq

# 1117 dəfə oxunub

Müəllifin son yazıları

# # #