Ceymi Foks xəstəxanadan çıxdı

Ceymi Foks xəstəxanadan çıxdı
13 may 2023
# 13:30

Qızı Korin Foksun instaqram paylaşımına görə Ceymi Foks xəstəxanada qaldıqdan sonra sağalır.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, o, atasının bir neçə həftə əvvəl xəstəxanadan çıxdığını, hətta piklbol oynadığını qeyd edib.

Qeyd edək ki, 55 yaşlı aktyor bir müddət əvvəl "tibbi fəsad" səbəbindən xəstəxanaya yerləşdirilib. Qızı ilk dəfə 12 apreldə atasının xəstəxanada olması ilə bağlı xəbərləri paylaşıb.

Xatırladaq ki, Foks 2005-ci ildə "Ray" filmində musiqiçi Rey Çarlz obrazını canlandırdığı üçün ən yaxşı aktyor nominasiyasında Oskar qazanıb. Onun digər filmləri arasında "Baby Driver", "Annie" və "The Amazing Spider-Man 2" kimi filmlər var.


 
# 984 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #