Qüdsdə Aşşur çarlığına aid qədim kitabə aşkarlandı

Qüdsdə  Aşşur çarlığına aid qədim kitabə aşkarlandı
17 noyabr 2025
# 09:55

Qüdsdə aparılan qazıntılar zamanı şəhərdə ilk dəfə Aşşur çarlığına aid 2700 illik mixi yazılı kitabə aşkar edilib.

Kulis.az xəbər verir ki, akkad dilində yazılmış bu kiçik gil parçası, Aşşur kralı ilə Yəhuda kralı arasında rəsmi yazışmanı göstərən nadir sübut sayılır.

Kitabədə təhvil tarixi və bir savaş arabası zabitinə istinad yer alır.

Alimlər bunun vergi və ya rəsmi öhdəliklə bağlı göndərilmiş mesajın hissəsi olduğunu düşünürlər.

Qeyd edək ki, kəşf Aşşurun o dövrdə Qüds üzərindəki siyasi təsirinə dair məlumatları daha da gücləndirir.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər