Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı
21 sentyabr 2026
# 17:00

Koreyalı rejissor Li Çan Donun səkkiz ildən sonra ərsəyə gətirdiyi "Possible Love" ("Mümkün sevgi") filmi Cənubi Koreyanın rəsmi “Oskar” namizədi seçilib.

Kulis.az xəbər verir ki, "Netflix" istehsalı olan ekran işi Venesiya Film Festivalında münsiflər heyətinin böyük mükafatını – "Gümüş Şir”i qazandıqdan sonra Toronto Beynəlxalq Film Festivalında da böyük rəğbətlə qarşılanıb.

Rejissora Torontoda məşhur tənqidçi Rocer Ebertin adını daşıyan "TIFF Ebert Rejissor Mükafatı" təqdim olunub.

Ölkəsindəki sosial təbəqələşməni iki cütlüyün münasibətləri fonunda təsvir edən film noyabrın 6-dan etibarən "Netflix" platformasında yayımlanacaq və “Ən Yaxşı Beynəlxalq Bədii Film” kateqoriyasında “Oskar” mükafatı uğrunda mübarizə aparacaq.

# 121 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər