Məşhur pop ulduz Cennifer Lopez 23 iyulda Türkiyədə konsert verəcək.
Kulis.az xəbər verir ki, müğənni Antalyanın Serik rayonda Belek Turizm Mərkəzində yerləşən oteldə səhnəyə çıxacaq.
Məşhur ulduz böyük maraqla qarşılanan "Cennifer Lopez: Up All Night Live In 2025" adlı dünya turu çərçivəsində türk pərəstişkarları ilə görüşəcək.
Qeyd edək ki, otelin açılış mərasimi çərçivəsində təşkil olunacaq konserti qonaqlar pulsuz izləyə biləcəklər.