Cenifer Lopez yenidən filmə çəkilir

Cenifer Lopez yenidən filmə çəkilir
9 aprel 2025
# 11:40

Müğənnilikdən çox aktyorluq karyerası ilə gündəmə gələn Cenifer Lopez yeni layihədə rol alıb.

Kulis.az xəbər verir ki, o, "Office Romance" adlı yeni romantik komediya filminin çəkilişlərinə start verib.

2023-dən bu yana bir neçə film layihəsində iştirak edən Lopez bu dəfə Nyu-Cersidə kamera qarşısına keçib.

Filmin rejissoru Ol Parker, ssenari müəllifləri isə Brett Qoldşteyn və Co Kellidir.

Qeyd edək ki, yeni film yay aylarında yayımlanacaq.

# 203 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #