Cəmilə Hüseynova: "Həyat yoldaşı Anar Nağılbaza qarşı düz etmədi"

Cəmilə Hüseynova:  "Həyat yoldaşı Anar Nağılbaza qarşı düz etmədi"
4 iyul 2023
# 18:26

"Anar Nağılbaz heç bir konsertə pulsuz çıxmırdı. Həmişə səhnəyə çıxmazdan əvvəl pulunu alırdı. Pulu almadan oxumurdu. Sponsorlar ona yaxşı pul verirdi. Hərdən konsertlərdə zərf göndərirdilər. Yüksək məbləğdə. O da həmin pulları kasıblara paylayırdı".

Kulis.az xəbər verir ki, bu sözləri müğənni Cəmilə Hüseynova "O üz" verilişində deyib. O, dostu, mərhum reper Anar Nağılbazla bağlı sualları cavablandırıb.

Nağılbazın vəfatından danışan Cəmilə "Anar ölməyəcəkdi, çox stres keçirtdi. Demişdi ki, Amerikaya gedək, danışmışam, orda işləyərik. Biz sənədləri hazırladıq, səfirlik geri çevirdi. Üstündən 6-7 ay keçdi, bir də müraciət etdik, alınmadı. Amerika səfəri alınsaydı, Anar yaşayacaqdı. Deyirdi, dərddən, bəladan uzaqlaşmaq istəyirəm.

O, Nağılbazın sevgi həyatından da söz açıb:

"Həyat yoldaşı ona qarşı düz etmədi. Səbəb də qısqanclıq idi. Bəlkə də Anjelika indi peşmandır. Sənət adamını qısqanmaq olmaz. İki övladı var... Boşanmışdı, başqa birini sevirdi. O da İsraildə yaşayırdı. Onu elə sevirdi ki... Atası dəstəkləsəydi, həyatı başqa cür olardı. Anası isə həmişə Anarın yanında olub".

# 3907 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #