Namiq Ağayev: “Cinema Plyus filmimizə qəsd elədi” - AÇIQLAMA

<span style="color:red;">Namiq Ağayev:  “Cinema Plyus filmimizə qəsd elədi” - <span style="color:red;">AÇIQLAMA
3 may 2018
# 12:00

Xəbər verdiyimiz kimi, “Ol” filminin rejissoru Namiq Ağayevlə Cinema Plyus kinoteatrlar şəbəkəsi arasında narazılıq yaranıb.

Namiq müəllim məsələ ilə bağlı Kulis.aza ətraflı danışıb.

Onun söykədiklərini təqdim edirik:

“Cinema Plyus kinoteatrlar şəbəkəsi mənim filmimi bərbad bir səsdə təqdim etdi. Üstəlik premyeranın təşkilində başqa məsələlər də aşkar bir keyfiyyətsizlər ortaya çıxdı. Düşünürəm ki, bu qəsdən baş verən haldır.

Biz premyera zamanı hər hansı texniki səhvə yer qoymamışdıq. Premyeradan əvvəl 5 dəfə səs məsələsini yoxlamışıq. Özümüzün və onların mütəxəssisləri ilə hazırlaşmışıq. Mənim filmimin rejissorları peşəkardırlar. Amma premyera günü belə bir problem ortaya çıxdı. Deməli, qəsdən olunub. Problemi aradan qaldırmaq üçün beş gün möhlət istədilər, amma problemi həll etmədilər. Nasaz premyeraya görə üzərinə düşən məsuliyyətə laqeyd yanaşdılar.

Bundan başqa mən onlara elə bir bilbord nümunəsi verməmişdim, o bilbord nə qədər bərbaddır gördünüz. Filmin pannolarını yenidən çap etdik, aydın görünməyən bir təsvirlər çap etmişdilər.

Düşünürəm ki, bu, qəsdlidir. İyrənc rəqabət aparıldığını gözəl bilirsiniz. Yerli-yersiz istənilən başqa kinonu bunlar çıxdaş etməyə çalışır. Mən onların sistemini müşahidə etdim, tamamilə çürük sistemdir. Kino müəssisəsi ola-ola Cinema plyusun Azərbaycan kinosuna faydalı olmaq məqsədləri yoxdur

Filmimin səsindəki keyfiyyətsizliklə bağlı adamlar şərhlər verdilər, kinoteatrın bu probleminə görə ləkə mənim çəkiliş qrupumun üzərinə düşür. Halbuki, problemi bu kinoteatr yaradır.

Bu xırda texniki qüsur deyil. Siz bilirsiniz ki, səs kinoda nə qədər vacibdir. Məsələn, mənim orada beşinci personajım var, Damdabaca Cinquş adlı. Onun səsi var orada. O qətiyyən eşidilmədi.”

Xatırladaq ki, məsələ ilə Cinema Plyusla əlaqə saxlamaq istədik, ancaq telefonumuza cavab vermədilər.

# 2048 dəfə oxunub

Müəllifin son yazıları

# # #