Cek Nikolson ölümcül xəstədir

Cek Nikolson ölümcül xəstədir
4 aprel 2023
# 10:20

2010-cu ildə aktyorluqdan təqaüdə çıxan məşhur amerikalı aktyor Cek Nikolson ağır xəstədir.

Kulis.az xəbər verir ki, bu barədə "24sedam" məlumat yayıb.

Məlumata görə, bir ildən çoxdur ki, ictimaiyyət arasında görünməyən aktyor hazırda Beverli Hillsdəki malikanəsində təcrid olunmuş şəkildə tək yaşayır. Nikolsonun xəstəliyinin nə olduğu hələ ki, açıqlanmayıb.

O, ancaq uşaqlarını görür və onlarla əlaqə saxlayır.

Aktyor sonuncu dəfə oğlu Rey ilə birlikdə iştirak etdiyi sevimli basketbol klubu Lakers-ın oyununda görünüb.

Onun ictimaiyyət qarşısında son çıxışı isə NBA əfsanəsi Kobe Bryantın anım mərasiminə təsadüf edib.

Qeyd edək ki, 3 Oskar mükafatı sahibi, 76 filmdə rol almış aktyor 2013-cü ildə yaddaşının pozulması səbəbindən öz karyerasına son qoymuşdu.

Jack Nicholson: 25 Essential Movies – Rolling Stone

# 1562 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #