Cəfər Pənahi azadlığa buraxıldı

Cəfər Pənahi

Cəfər Pənahi

6 fevral 2023
# 10:50

Güneyli rejissor Cəfər Pənahi müvəqqəti olaraq azadlığa buraxılıb.

Kulis.az xəbər verir ki, Cəfər Pənahinin “məhkəmə sisteminin qeyri-insani davranışına” etiraz olaraq aclıq aksiyası keçirdiyini elan etməsindən bir neçə saat sonra Kann Film Festivalı İran hökumətindən güneyli rejissorun dərhal azadlığa buraxılmasını tələb edib.

Festivalın yaydığı bəyanatda bildirilib: “Festival bir daha Cəfər Pənahiyə tam dəstəyini bildirir və bir çox sənətçi və təşkilatlar kimi onun dərhal azad edilməsini tələb edir”.

Fevralın 3-ü axşam saatlarında isə beynəlxalq təzyiqlər nəticəsində Cəfər Pənahi girov qarşılığında müvəqqəti olaraq Evin zindanından sərbəst buraxılıb.

Qeyd edək ki, o, üç gün öncə məhkəmə və təhlükəsizlik orqanlarının qeyri-qanuni və qeyri-insani davranışına etiraz olaraq aclıq aksiyasına başlamışdı.

Bakupost.az - Azərbaycanlı rejissor aclıq aksiyasına başladı

# 1357 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #