Azərbaycanlı alimlər Türkiyədə keçirilən qurultayda iştirak ediblər

Azərbaycanlı alimlər Türkiyədə keçirilən qurultayda iştirak ediblər
3 may 2019
# 18:40

Türkiyənin İstanbul şəhərində Elginkan Vəqfi tərəfindən “Keçmişdən günümüzə səyahət ədəbiyyatı” mövzusunda IV Beynəlxalq Türk dili və Ədəbiyyatı Qurultayı keçirilib.

ONA-nın məlumatına görə, Türkiyə, ABŞ, Qazaxıstan və Finlandiyadan alimlərin qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparıcı mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova təmsil ediblər.

Qurultayda M.Nağısoylu “Əlövsət Dərbəndinin “Töhfe-yi Ahbap və Sovqat-i Eshap səfərnaməsində rus saray həyatı”, Q.Mahmudova isə “Kornel Lö Brenin səyahətnaməsində Şamaxı şəhərinin təsviri” mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.

# 1978 dəfə oxunub

Müəllifin son yazıları

# # #