Bu gün Su çərşənbəsidir

Bu gün Su çərşənbəsidir
27 fevral 2024
# 10:22

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

Kulis.az-ın məlumatına görə, xalq arasında “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də tanınır.

Mifik mətnlərdə su həyat, dirilik mənbəyi, xoşbəxtlik gətirən müqəddəs inam obyekti kimi göstərilib. İnanca görə, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə də su ilk çərşənbə kimi qeyd olunur. Su çərşənbəsində suyun müqəddəsliyi ifadə edilir. Bu çərşənbədə su hövzələrində abadlıq işləri görülür, arxlar qaydaya salınır. Bayrama hazırlıqlar su çərşənbəsi ilə başlayır, su ilə bağlı müxtəlif şənliklər keçirilir.

Çərşənbələri həyat üçün önəmli dörd ünsürlə - su, od, yel və torpaqla əlaqələndiriblər. İnanca görə, Novruz çərşənbələrində baharın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır.

# 740 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #