Bu gün “Avroviziya-2023”ün birinci yarımfinalı keçiriləcək

Bu gün “Avroviziya-2023”ün birinci yarımfinalı keçiriləcək
9 may 2023
# 13:00

Bu gün Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Liverpul şəhərində “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

Kulis.az xəbər verir ki, müsabiqədə ölkəmizi Tural və Turan əkiz qardaşları – TuralTuranX “Tell me more” mahnısı ilə təmsil edir.

Azərbaycan təmsilçiləri 1-ci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxacaq. Azərbaycanla yanaşı birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç və İsveçrə təmsilçiləri də yer alıb.

Müsabiqənin ikinci yarımfinalı mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək.

Qeyd edək ki, bu il 67-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsində 37 ölkə təmsil olunur.

# 1286 dəfə oxunub

Müəllifin son yazıları

# # #