Jerar Depardye Rusiyada vergi qalmaqalına düşüb

Jerar Depardye Rusiyada vergi qalmaqalına düşüb
25 iyul 2018
# 17:31

Fransanın məşhur aktyoru eyni zamanda Rusiya vətəndaşı Jerar Depardye Rusiyaya olan vergilərini ödəmədiyi üçün problemlə üzləşib.

Kulis.az xəbər verir ki, Verginin ödənilməsi barədə Saransk şəhərinin pristavı məsələ qaldırıb. Aktyorun ödəyəcəyi məbləğ 1500 rubl olsa da, səs-küy və narahatlıq çox olub.

Depardyenin rəsmi nümayəndəsi bildirb ki, hazırda vergi orqanlarıyla qarşılıqlı əlaqə yaratmaq üçün bütün vasitələr vardır: “Digər tərəfdən isə qarşı tərəf borcun yaranma səbəbləri və başqa suallar barədə onlara ünvanladığımız məktuba cavab vermədilər. Lakin çox keçmədi ki, onlar bunun texniki səhv olduğunu açıqladılar. Bizə belə gəlir ki, bütün bunlar aktyora qarşı piar-aksiyadır. Əgər dedikləri kimi biz tərəfdən hansısa borc olsaydı, bunu sadəcə olaraq çek vasitəsi ilə göndərə bilərdilər.”

# 1050 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #