Bu dəfə baş rolda eşşək olacaq

Bu dəfə baş rolda eşşək olacaq
30 iyul 2025
# 17:18

“Şrek” cizgi filminin fanatlarını sevindirəcək xəbər aktyor və komediya ustası Eddi Mörfidən gəlib.

Kulis.az xəbər verir ki, uzun illərdir eşşək obrazını dublyaj edən aktyor tezliklə onun haqqında film çəkiləcəyini açıqlayıb.

“The Pickup” adlı yeni filminin təqdimatı zamanı "Screen Rant"a müsahibə verən Eddi Mörfi filmlə bağlı detalları bölüşüb:

“Biz hələ də Şrek üçün dublyaj işlərini davam etdiririk. Filmin çəkilişlərinə sentyabr ayında başlayacağıq. "Şrek 5" üzərində təxminən iki ildir işləyirik və film üç il sonra tamaşaçılara təqdim olunacaq”.

# 157 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #