Popun Kralı sayılan Maykl Ceksonun təcavüzünə məruz qaldıqlarını iddia edənlər müğənninin şirkətlərini məhkəməyə verə biləcəklər.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, əfsanəvi müğənni Maykl Ceksonun keçmişdə təcavüz etdiyi iki uşağın açıqlamalarından hazırlanan "Leaving Neverland" sənədli filmi bütün dünyanı sarsıtdı. Sənədli filmdə yer alan Ueyd Robson və Ceyms Seyfçakın 7-10 yaşlarında olarkən Neverlanddakı fermada Cekson tərəfindən istismar edildiyi iddialarından sonra başlanılan, ancaq nəticələnməyən istintaq üçün yenidən məhkəmə yolu görünüb.
Beləki, Kaliforniyada məhkəmə, uşaq vaxtı Cekson tərəfindən təcavüzə məruz qalan iki şəxsin, müğənninin şirkətlərindən ikisini məhkəməyə verə biləcəyinə qərar verib.
- Rejissor qadağan olunmuş filminə qəribə reaksiya verdi
- “Azərbaycan” jurnalının yeni sayı
- Süleyman Ələsgərovun 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM
Şikayətçilərin vəkili: “Ceyms Seyfçuk və Ueyd Robsonun başına gələn qorxunc istismarın həqiqətlərini münsiflərlə paylaşmağı dörd gözlə gözləyirik” deyə bildirib. Cekson mülkünü təmsil edən vəkil Hovard Veytzman isə hər iki məhkəmənin rədd ediləcəyinə əmin olduğunu bildirib.