“Blacklight”’ filminin treyleri yayımlandı

“Blacklight” filmi

“Blacklight” filmi

5 yanvar 2022
# 16:20

Mark Uilyamsın rejissorluq etdiyi macəra filmi “Blacklight”ın (“Qara ışıq”) ilk treyleri yayımlanıb.

Kulis.az xəbər verir ki, irlandiyalı tanınmış aktyor Liam Nisonun baş rol aldığı film qaranlıq keçmişi ilə hesablaşan bir agentin hekayəsindən bəhs edir. Filmdə Travis Blok (Liam Nison) kölgələrdə yaşayan bir dövlət agentidir. Blok, ABŞ vətəndaşlarını hədəf alan bir sui-qəsdi aşkar etdikdə, özünü bir vaxtlar əməkdaşlıq etdiyi “FBI” direktorunun hədəfində tapır.

Qeyd edək ki, filmin rejissoru Mark Uilyams “A Family Man” (“Ailə adamı”) və “Honest Thief” (“İnsaflı oğru”) filmlərinin də rejissoru olmuş, bir çox film və seriallara prodüserlik etmişdir.

# 1141 dəfə oxunub

Müəllifin son yazıları

# # #