Billi Ayliş İlon Maskı sərt tənqid edib

Billi Ayliş İlon Maskı sərt tənqid edib
17 noyabr 2025
# 10:20

Pop ulduzu Billi Ayliş trilyonerliyə doğru irəliləyən İlon Maskı kəskin tənqid edib.

Kulis.az xəbər verir ki, o, İnstaqramda İlon Maskı “ zavallı qorxaq” adlandırıb.

Ulduz Maskın potensial trilyon dollarlıq sərvətinin aclığın aradan qaldırılması, təhlükəsiz içməli suya çıxış və ekosistemin qorunması kimi qlobal problemlərin həllinə sərf edilə biləcəyini göstərən infoqrafikləri paylaşıb.

Ayliş son həftələrdə də ultravarlıların sosial məsuliyyət daşımalı olduğunu vurğulamışdı.

Müğənni turne gəlirlərinin böyük hissəsini sosial layihələrə ianə etməklə mesajının arxasında durduğunu bir daha göstərib.

Qeyd edək ki, Mask Tesla rəhbərliyindən ala biləcəyi nəhəng ödəniş paketi ilə dünyanın ilk trilyoneri olmağa yaxınlaşır.

# 143 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər