“Şərqi hiss et” - MUZEY GECƏSİ

“Şərqi hiss et” - <span style="color:red;">MUZEY GECƏSİ
5 dekabr 2016
# 12:15

Dekabrın 3-də Yarat Müasir İncəsənət Məkanında “Şərqi hiss et” adlı Muzey Gecəsi baş tutub. Kulis.Azın verdiyi məlumata görə, gecədə şərq mədəniyyətinin bir çox sahələrini əhatə edən silsilə tədbirlər həyata keçirilib.

Gecədə həmçinin Azərbaycan klassik ədəbiyyatının ən dəyərli incilərindən olan Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından parçalar və xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Fikrət Əmirovun “Nizami” simfoniyası səslənib.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Yuğ Teatrı maraqlı performansla tamaşaçıların zövqünü oxşayıb. Performansda Yuğ teatrının sənətçiləri əməkdar artist Yaqut Paşazadə, Qasım Nağı və Ləman Novruzova çıxış edib.

# 1407 dəfə oxunub

Müəllifin son yazıları

# # #