Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan yeni təşəbbüs

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan yeni təşəbbüs
4 avqust 2022
# 13:20

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovla görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə Günay Əfəndiyeva Fondun fəaliyyətindən, təşkilat tərəfindən türk xalqlarının mədəni irsinin mühafizəsi və beynəlxalq aləmdə təbliği məqsədilə həyata keçirilən layihələrindən söz açıb. Fondun prezidenti mədəniyyətlərarası dialoqun, müxtəlif mədəniyyətlərin bir araya gətirilməsinin rəhbəri olduğu təşkilatın fəaliyyətində önəmli yer tutduğunu bildirib.

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov görüşdə Azərbaycanın və bütövlükdə Türk dünyasının maddi-mədəni dəyərlərinin dünyada tanıdılmasında Fond tərəfindən görülən işləri yüksək qiymətləndirib. Səfir Türk xalqlarının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliğ və təşviqinin önəmindən bəhs edərək, birgə layihələrin keçirilməsinə dəstək verəcəyini qeyd edib.

Görüş fikir mübadiləsi ilə davam edib.

# 1361 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #