Aqşin Yeniseydən dostlarına ittiham

Aqşin Yeniseydən dostlarına ittiham
27 yanvar 2015
# 12:23

“İtkilərim olsa da, xəstəlik üzərində dostların və həkimlərin köməkliyi ilə tam qələbə qazana bilmişəm”. Bu sözləri dünən Kulis.Az-ın qonağı olmuş şair Aqşin Yenisey deyib.

Şair daha sonra əlavə edib: “Qaraciyərimin sirroz tərəfindən işğal olunmuş ərazisi, demək olar ki, azad olunub. Müalicənin həm də daha bir xeyiri bu oldu ki, içkinin insan orqanizminə mənfi təsirinin bütün cəhətlərini və onlarla mübarizə formalarını öz üzərimdə əməlli-başlı öyrənə bildim, indi tam məsuliyyətlə dosta-tanışa bu sahədə ilkin tibbi yardım göstərə bilərəm. Amma heç kimə arzu etmirəm ki, mənim bu yardımıma ehtiyacı olsun. Görüşsək Dionisi yenidən yadıma salacaqlarını bəhanə edib, məni ədəbiyyatın bütün xeyir işlərinin tarixindən silmiş dostlara demək istəyirəm ki, mən içkini tərgitmişəm, “zakuskanı” yox.

# 1163 dəfə oxunub

Müəllifin son yazıları

# # #