Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətini Avropada genişləndirməyə davam edir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətini Avropada genişləndirməyə davam edir
19 oktyabr 2022
# 15:40

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

Kulis.az verir ki, görüşdə Türk Dünyasının maddi-mədəni dəyərlərinin beynəlxalq aləmdə təbliği məqsədilə dünyanın müxtəlif ölkələrində layihələr həyata keçirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən bəhs edilib.

Görüşdə Günay Əfəndiyevanın Polşaya səfərlərindən, orada yaşayan Türk mənşəli xalqların, o cümlədən tatar və karaimlərin mədəni irsinin qorunması, tanıdılması istiqamətində Polşa ilə Fondun əməkdaşlıq əlaqələrindən söz açılıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti yüksək qiymətləndirilərək, təşkilat tərəfindən görülən işlərin Avropada maraqla qarşılandığı vurğulanıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsiylə davam edib.

# 982 dəfə oxunub

Müəllifin son yazıları

# # #