60 illik rəsm əsərlərinin sərgisi keçirildi

Mariano Rodrigez, rəssam

Mariano Rodrigez, rəssam

8 avqust 2022
# 19:00

ABŞ-da Mayami Peres İncəsənət Muzeyində kubalı rəssam Mariano Rodrigezin muzeylərdən və şəxsi kolleksiyalardan toplanmış 60 il əvvəl çəkdiyi rəsm əsərləri ictimaiyyətə təqdim edilib.

Kulis.az xəbər verir ki, bu sərgi rəssamın məşhur əsərlərinin çeşidini göstərməklə yanaşı, onun dünyada tanınan fırça ustalarından biri olduğunu izləyicilərə təqdim edir.

Mayami rəssamın rəsm əsərlərinin ikinci sərgi məkanı olduğunu vurğulayan kurator Elizabet Thomson illər əvvəl belə bir sərginin Monakoda keçirildiyini vurğulayıb. “Bu, məkanda sərgilənən əsərlər doğma Havanada San Alexandro İncəsənət Akademiyasında təhsil almış, daha sonra Nyu- Yorkda məskunlaşmazdan əvvəl Meksika və Parisdə təhsilini davam etdirmiş rəssam Mariano Rodrigezin sənətindəki ən önəmli incilərindəndir”.

Qeyd edək ki, rəssam Mariano Rodrigezin əsərlərini dünyanın bir çox məşhur muzeylərində görmək mümkündür.

# 1001 dəfə oxunub

Müəllifin son yazıları

# # #