Bəxtiyar Vahabzadənin ev-muzeyində yubiley sərgisi keçirildi

Bəxtiyar Vahabzadənin ev-muzeyində yubiley sərgisi keçirildi
8 avqust 2025
# 15:20

Bu günlərdə Xalq şairi, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin Şəkidəki ev- muzeyində yubiley sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə şairin kitabları, yaradıcılığına həsr edilmiş ədəbiyyat, əsərləri əsasında çəkilmiş rəsmlər, portret xalçalar nümayiş olunur.

Sərginin açılışında Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Xəyalə Töhrablı, Milli Məclisin deputatı Cavanşir Feyziyev də iştirak ediblər.

Muzeyin direktoru Elşən Zəkəriyyəbəyli dövlət başçısının sərəncama müvafiq olaraq keçirilən tədbirlərin Bəxtiyar Vahabzadə yaradıcılığına yüksək ehtiramdan qaynaqlandığını söyləyib.

Qeyd edək ki, sərgi avqustun sonunadək davam edəcək.

# 70 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər