Məhbus azərbaycanlı Berlin festivalının mükafatını qazandı

Məhbus azərbaycanlı Berlin festivalının mükafatını qazandı
17 fevral 2013
# 22:32

Berlində keçirilən 63-cü Beynəlxalq Berlin Kinofestivalında «Ən yaxşı ssenari»-yə görə təsis olunmuş mükafatı hazırda həbsdə olan, güney azərbaycanlı Cəfər Pənahi layiq görülüb.

Ötən il o, hüquq müdafiəçisi Nəsrin Stude ilə birlikdə Avropa parlamentinin təsis etdiyi Saxarov Mükafatının alıb.

Nəsrin Stude 2011-ci ildə «ölkənin milli təhlükəsizliyinə ziyan vurma ittihamı» ilə 11 il həbs cəzasına məhkum olunub.

Cəfər Pənahi də eyni ittihamla 6 il həbs cəzası alıb, habelə ona 20 il film çəkmək qadağan edilib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə «Ən yaxşı kişi rolu»nun mükafatı Bosniya və Hersoqovinadan olan işsiz, qaraçı Nazif Mujiçə verilib. O, «Dəmir yığanın həyatından epizod» filmində bu rolu oynayıb.

«Ən yaxşı qadın rolu»na görə mükafat Çilidən olan Paulin Qarsiaya verilib.

«Uçqun rəbbi» filminin rejissoru amerikalı Devid Qordon «Ən yaxşı rejissor işi» mükafatını qazanıb.

# 2323 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #