Berlin Film Festivalı Fələstinə dəstək verdi

Berlin Film Festivalı Fələstinə dəstək verdi
28 fevral 2024
# 14:30

74-cü Berlin Film Festivalının mükafatlandırma mərasimində Fələstinə verilən dəstək Almaniyada mübahisələrə səbəb olub.

Kulis.az xəbər verir ki, Almaniyanın Ədliyyə naziri Marko Buşman “Başqa torpaq yoxdur” filmindən sonra edilən çıxışların ədalətsiz olduğunu deyib:

"Cinayətkarları mükafatlandırmaq, həmçinin buna göz yummaq cinayətdir və mütləq cəzalandırılmalıdır".

Qeyd edək ki, festivalda işğal olunmuş Fələstin torpaqlarında İsrailin törətdiyi zorakılıqlardan bəhs edən “Başqa ölkə yoxdur” filmi “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb və filmin rejissoru Adra çıxışında Almaniyanı İsrailə qarşı siyasətini dəyişməyə çağırıb.


 
# 774 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #