"Barry" filminin ulduzu "Supermen"də rol alacaq

"Barry" filminin ulduzu "Supermen"də rol alacaq
13 iyul 2023
# 15:30

Aktyor Entoni Kerriqan "Superman: Legacy" filmində superqəhrəman Metamorfo obrazını canlandıracaq.

Kulis.az xəbər verir ki, bu barədə The Hollywood Reporter məlumat yayıb.

Kerriqanın sözlərinə görə, o, çoxdan, hətta rejissor Ceyms Qannla görüşməzdən əvvəl bu rolun arzusunda olub.

"Barry" ulduzu əlavə edib ki, onun üçün Metamorfo rolu hələ də alopesiyadan əziyyət çəkən bir insan üçün vacibdir.

Qeyd edək ki, "Supermen: Legacy"nin premyerası 11 iyul 2025-ci ildə baş tutacaq.

Ceyms Qann artıq çəkilişlərə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, filmin çəkilişləri üçün geyimlər, məkan dizaynı artıq hazırdır. Filmin ssenarisi də tam yazılıb.

# 644 dəfə oxunub

Müəllifin son yazıları

# # #