"Barbi" bu ölkələrdə qadağan olundu

"Barbi" bu ölkələrdə qadağan olundu
2 avqust 2023
# 11:00

Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri “Barbi” filmini qadağan edib.

Kulis.az xəbər verir ki, buna səbəb filmdəki bəzi səhnələrin həmin ölkələrin dəyərləri ilə üst-üstə düşməməsi olub.

Lezbiyanlığın islami dəyərlərə zidd olduğu bildirilib.

Qadağadan sonra məsələyə yenidən baxılması üçün çoxsaylı etirazlar olub.

Hazırda bu istiqamətdə müzakirələr davam etdirilir.

Qeyd edək ki, iyulun 21-də premyerası olan “Barbi” filmi son bir həftədə ABŞ-də 155 milyon dollar gəlir əldə edib.

# 1340 dəfə oxunub

Müəllifin son yazıları

# # #