Bakıda Tolstoy və Dostoyevskinin yaradıcılıq sərgisi açıldı

Bakıda Tolstoy və Dostoyevskinin yaradıcılıq sərgisi açıldı
5 aprel 2023
# 10:50

Aprelin 4-də Beynəlxalq Muğam Mərkəzində rus ədəbiyyatının iki klassikinin yaradıcılıq əlaqələrinə həsr edilmiş “Baş tutmayan böyük görüş. Tolstoy və Dostoyevski” adlı sərginin açılışı olub.

Kulis.az xəbər verir ki, sərgidə L.N.Tolstoy Dövlət Muzeyi fondunun materialları, V.İ.Dal adına Rusiya Dövlət Tarix Muzeyinin fotoşəkilləri, habelə Rusiya Dövlət Kitabxanasının fondundan məktub təqdim olunub.

L.N.Tolstoy Dövlət Muzeyinin elmi işçisi Yelizaveta Alekseyeva qeyd edib ki, bu sərgi Lev Nikolayeviç Tolstoyun və Fyodor Dostoyevskinin baş tutmayan şəxsi görüşündən bəhs edir. “Biz sərgidə bu paradoksu təhlil etməyə, ziyarətçilərin diqqətinə iki böyük yazıçı arasında qiyabi ünsiyyəti çatdırmağa çalışdıq”, -deyə o əlavə edib.

# 1135 dəfə oxunub

Müəllifin son yazıları

# # #