Teatr Xadimləri İttifaqı jurnalistləri təltif etdi

Teatr Xadimləri İttifaqı jurnalistləri təltif etdi
22 iyul 2021
# 16:55

Milli Mətbuat Günü münasibətilə bir sıra jurnalistlərə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanları təqdim olunub.

Kulis.az xəbər verir ki, tədbirdə ittifaqın sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov çıxış edərək jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Azərbaycan mediasının həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini söyləyən Xalq artisti onların Azərbaycanın böyük Zəfərinin müjdəçisi olduğunu söyləyib. Bildirib ki, hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfəsini verdiyi kimi, postmüharibə dövründə də bu işi uğurla davam etdirməkdədir.

Sonra mükafatlandırma mərasimi keçirilib. /azertag.az/

# 1864 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #