Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək

Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
20 may 2024
# 16:30

Mayın 23-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin “XAN Nəşriyyatı”nda çap olunmuş “Dəlixana” romanının təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, sözügedən roman Azərbaycan Ədəbiyyat Fondu və “Hədəf” şirkətlər qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Layihə rəhbərləri “Hədəf” şirkətlər qrupu, eləcə də Azərbaycan Ədəbiyyat Fondunun baş direktorları Şəmil Sadiq və Varisdir.

Əsərin tərcüməçisi Aysel Oğuz, redaktoru Cavid Qədirdir.

Romanda yüz illər əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər. Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün çöllərə düşür, müqəddəs torpağın axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar...

Bəşər övladının ruhu da, əzabı da əbədidir. Bədən dünyanı tərk etsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir.

# 514 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #