Bakıda II Latın Amerikası Filmləri Festivalı keçirilir

Bakıda II Latın Amerikası Filmləri Festivalı  keçirilir
9 oktyabr 2023
# 11:35

Oktyabrın 7-də Bakıda Argentina səfirliyi tərəfindən II Latın Amerikası Filmləri Festivalının açılışı olub.

Kulis.az xəbər verir ki, noyabrın 25-dək davam edəcək festival çərçivəsində Latın Amerikasının müxtəlif ölkələrindən seçilmiş filmlərin nümayişi nəzərdə tutulub.

Tədbirin açılışında çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi ölkələrimizin adət-ənənələri və mədəni dəyərləri arasında oxşarlıqların olduğunu vurğulayıb. O bildirib ki, bu cür tədbirlər bir ölkənin dilini, musiqisini, adət-ənənələrini və dəyərlərini digər ölkədə paylaşmağa imkan verən ən gözəl vasitələrdəndir.

Argentinalı diplomat, həmçinin əlavə edib ki, bu gün nümayiş etdirilən “Los Corroboradores” sənədli filmi Buenos-Ayresin memarlıq tarixi ilə tamaşaçıları tanış edəcək və onlar üçün Argentinanın bu şəhərini kəşf etmək imkanı yaradacaq.

Sonra Luis Bernardez tərəfindən 2018-ci ildə çəkilmiş “Los Corroboradores” sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, Latın Amerikası Film Festivalı Bakıda ilk dəfə 2018-ci ildə keçirilib.

# 999 dəfə oxunub

Müəllifin son yazıları

# # #