Pablo Nerudanın qəbri açılacaq

Pablo Nerudanın qəbri açılacaq
11 fevral 2013
# 10:54

Nobel mükafatlı Çili şairi Pablo Nerudanın ölüm səbəbini araşdırmaq üçün qalıqlarından nümunələr götürüləcək.


Bu barədə Çili məhkəməsi qərar verib.

Nobel mükafatçısı, Kommunist partiyası siyasi bürosunun üzvü Neruda 1973-cü ilin sentyabrında baş vermiş hərbi çevrilişdən 12 gün sonra ölüb.

Həmin çevriliş nəticəsində sosialist prezident Salvador Allyende devrildi və hakimiyyətə general Auqusto Pinoçet gəldi.

Rəsmi versiyaya görə, Neruda xərçəngdən ölüb.

Amma gümanlara görə, onu zəhərləyiblər və 2011-ci ildən istintaq başlanıb.

Qəbrin nə vaxt açılacağı hələlik bəlli deyil.

Pablo Neruda İsla Neqra qəsəbəsindəki qəbiristanlıqda, həyat yoldaşının yanında dəfn edilib.

Bu qəsəbə paytaxt Santyaqonun 120 kilometrliyində yerləşir.

oxuzalı.az

# 3130 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #