Bakıda “Don Kixot” baleti təşkil olunacaq

Bakıda “Don Kixot”  baleti təşkil olunacaq
24 noyabr 2021
# 13:30

Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L. Minkusun “Don Kixot” baletinin tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Rusiya Akademik Böyük Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Kristina Kretova (Kitri) və İqor Svirko (Bazil) iştirak edəcəklər.

Teatr rəhbərliyi K. Kretova və İ. Svirkonu heç də təsadüfən bu tamaşaya dəvət etməmişdir. Hazırda bu cütlük dünyada çox tanınmış və tələb olunan balet ulduzlarıdır. Onlar dünyanın bir çox ölkələrində - Almaniya, Fransa, İsveçrə, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, Yaponiya, Meksika, Çin və s. ölkələrində qastrol səfərlərində uğurla çıxış etmişlər. Qastrolçularla yanaşı tamaşada Teatrımızın balet truppasının aparıcı solistləri - əmək artistlər Samir Səmədov, Cəmilə Kərimova, Elmira Süleymanova, solistlərdən Ayan Eyvazova, Teymur Oduşev və b. iştirak edəcəklər.

Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqənin laureatı Orxan Həşimov idarə edəcək.

# 1354 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #