“Cəfər Cəfərov - 110” adlı sərgi açıldı

“Cəfər Cəfərov - 110”  adlı sərgi açıldı
6 sentyabr 2024
# 11:00

Milli Kitabxanada teatrşünas və ədəbiyyatşünas alim Cəfər Cəfərovun anadan olmasının 110 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, “Cəfər Cəfərov - 110” adlı sərgidə alimin müəllifi olduğu əsərlər, tərcümələri, tərtibçi və redaktə etdiyi kitablar olub.

Həmçinin, Cəfər Cəfərovun həyat və yaradıcılığı haqqında yazılan ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunub.

Sərgi bir həftə davam edəcək.

# 182 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #