Bakıda Polşa Film Festivalı keçiriləcək

Bakıda Polşa Film Festivalı  keçiriləcək
9 oktyabr 2023
# 17:00

Oktyabrın 10-da Bakıda Polşa Film Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Nizami Kino Mərkəzində baş tutacaq festival çərçivəsində Polşa istehsalı olan “Solid Gold”, “Bread and salt”, “Filip” və “Supernova” filmləri nümayiş etdiriləcək.

Filmlər Azərbaycan dilində subtitrlə olmaqla polyak dilində göstəriləcək.

Tədbirə Polşa Kinematoqrafçılar Assosiasiyasının prezidenti Jacek Bromski də qatılacaq.

Festival oktyabrın 13-də başa çatacaq.

# 894 dəfə oxunub

Müəllifin son yazıları

# # #