Bakıda Bəhreyn rəssamların geniş sərgisi təşkil olunacaq

Bakıda Bəhreyn rəssamların geniş sərgisi təşkil olunacaq
20 avqust 2024
# 12:35

RAK İncəsənət Fondu Bəhreyn Krallığının İncəsənətini Bakıda nümayiş etdirmək məqsədilə QGallery ilə əməkdaşlığa başlayıb.

Kulis.az xəbər verir ki, Bəhreyn Krallığında fəaliyyət göstərən RAK İncəsənət Fondu müxtəlif nəsilləri və incəsənət məktəblərini təmsil edən bəhreynli rəssamların əsərlərindən ibarət ən seçmə nümunələri Azərbaycan seyrçisinə təqdim edəcək. Bu məqsədlə o, paytaxtın məşhur rəsm qalereyası olan QGallery ilə əməkdaşlıq çərçivəsində Bakıda sərgi təşkil edəcək.

RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xəlifə tərəfindən illər ərzində müxtəlif sənət sərgilərindən əldə edilmiş və RAK İncəsənət Fondunun kolleksiyasının qızıl fondundan olan Bəhreyn rəssamlarının əsərləri avqustun 30-da sözügedən ünvanda nümayiş etdiriləcək.

Belə bir əməkdaşlığın məqsədi Bəhreynli sənətkarların zəngin qobelenlərini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdən ibarətdir. Bu isə, incəsənət həvəskarları və kolleksiyaçılara Bəhreyn müasir incəsənətinin gözəlliyinə və əsərlərdəki fəlsəfi yanaşmalar aləminə baş vurmaq və o məqamlarda yaşamaq üçün unikal bir imkan deməkdir.

RAK İncəsənət Fondunun təsisçisi, rəssam Rəşid Əl Xəlifə diqqəti bu əməkdaşlığın faydası və perspektivliliyinə cəlb edərək söyləmişdir: "Bəhreynli rəssamların tükənməz istedadını QGallery və Azərbaycandakı sənətsevərlərlə bölüşmək fürsətinə malik olduğumdan xeyli məmnunam. Belə bir səmərəli əməkdaşlıq şübhəsiz ki, Azərbaycan və Bəhreyn arasında ümumbəşəri sənət dili vasitəsilə qarşılıqlı anlaşma və dəyərləndirməyə vasitə olmaqla, uğurlu mədəni mübadilələr silsiləsinin başlanğıcıdır.

RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlıq və anlaşmanı təşviq edir. Bu fond mədəniyyətlərarası əməkdaşlıq və mübadilələri asanlaşdırmaq məqsədi ilə Bəhreyn sənətini qlobal miqyasda təbliğ etməyə sadiqdir. O, incəsənət vasitəsilə innovasiya, davamlılıq və müsbət dəyişikliyi müdafiə edərək tənqidi müzakirələrə və sosial dialoqa töhfə vermək qətiyyətindədir.”

QGallery-nin təsisçisi Emin Məmmədov isə bu əməkdaşlığı belə qiymətləndirmişdir: "Rəssam Rəşid Əl Xəlifə və RAK İncəsənət Fondu ilə əməkdaşlığımız incəsənətin beynəlxalq dostluq və mədəni anlaşmanın daha geniş təşəkkül tapmasına bariz bir sübutdur. Biz, Bəhreyn müasir incəsənəti və hörmətli rəssam Rəşid Əl Xəlifə ilə mənalı görüşlərdən sonra bu nəcib amalın təşviqinin qaçılmaz olduğu qənaətinə gəldik və Bəhreynin müasir incəsənət nümunələrinin ümumi mənzərəsinin Bakıda canlandırılacağından məmnuniyyət hissi keçiririk. İnanıram ki, bu ölkələrimiz arasında gələcək mübadilə və tərəfdaşlıq imkanlarının daha geniş vüsət alacağı ilə nəticələnəcəkdir”.

Qeyri-kommersiya təşkilatı olan RAK İncəsənət Fondu rəssamların dünya miqyasındakı rolunu gücləndirir və müxtəlif sərgilər, tədbirlər və əməkdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq tərəfdaşlıqlara töhfə verir. Fondun fəaliyyətinin məqsədi incəsənət təmsilçilərini bir araya gətirmək, ictimaiyyəti maarifləndirmək, tənqidi mühakimə yürütmək və sosial dialoq üçün platforma təmin etməkdir.

1999-cu ildə Azərbaycanın görkəmli rəssamı və professoru Səlhab Məmmədov tərəfindən yaradılmış QGallery eksklüziv olaraq əsrarəngiz və müasir Azərbaycan incəsənət şedevrlərini nümayiş etdirir. Qalereya sərgilər, kolleksiyalar və kommersiya fəaliyyətləri üçün dinamik bir mərkəz olmaqla yanaşı, zəngin Azərbaycan incəsənət mənzərəsini təbliğ etmək və paylaşmaq üçün beynəlxalq incəsənət yarmarkalarında və müsabiqələrdə fəal iştirak edir.

RAK İncəsənət Fondu və QGallery haqqında daha ətraflı məlumat üçün müraciət edin: https://rakartfoundation.com/

# 468 dəfə oxunub

Müəllifin son yazıları

# # #