Bakı Musiqi Akademiyasında iki yaradıcı xanımın müəllif konserti oldu

Bakı Musiqi Akademiyasında iki yaradıcı xanımın müəllif konserti oldu
5 iyul 2024
# 16:31

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında iki yaradıcı şəxsiyyət – musiqişünas-bəstəkar Aytən Oqtayqızı və pianoçu-bəstəkar Nuranə Zeynalovanın müəllif konserti keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə müxtəlif mövzulu əsərlər səslənib.

Tədbir nömrələri sırasında musiqisi Aytən Oqtayqızına, sözləri isə Gülər Əlvanqızına aid şəhid leytenant Emil Məmmədəliyevə həsr olunmuş “Vətən Şəhidi” (İfaçı: Xalq artisti Samir Cəfərov) və Nuranə Zeynalovanın (sözlər Jalə İbrahimin) şəhid baş leytenant Daşdəmir Paşayevə ithafı qismində “Vətən yaşasın” (İfaçı: beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova) kompozisiyası səslənib.

Tədbirin dramaturji quruluşuna görə hər iki bəstəkar vətənpərvərlik mövzusu ilə yanaşı Azərbaycanın dahi şəxsiyyətlərinin – Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Arif Məlikova həsr olunmuş bəstələr təqdim ediblər.

Bir-birindən fərqli əsərlər Azərbaycanın Əməkdar artistləri Əyyub Əliyev (violonçel) və Tural Ağasıyev (vokal), BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədova (pianoçu), beynəlxalq müsabiqələr laureatları Yuliya Heydərova və Teymur Kazımov, həmçinin məktəb-studiyanın uşaq xor kollektivi (bədii rəhbər – Azərbaycanın Əməkdar müəllimi, dosent Aqil Qafulov) və həmin müəssisənin VIII sinif şagirdi, beynəlxalq müsabiqələr diplomantı, violin ifaçısı Yusuf Məmmədli (müəllim – dosent Gülnarə Quliyeva) tərəfindən yüksək səviyyədə ifa olunub.

# 600 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #