“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalında

“Bağçada rahat yer”  musiqili tamaşası III Bakı Piano Festivalında
29 iyun 2024
# 15:00

Üçüncü Bakı Piano Festivalı çərçivəsində Maqsud İbrahimbəyovun hekayələri əsasında hazırlanmış tamaşa və braziliyalı musiqiçilərin iştirakı ilə cazmen Şahin Növrəslinin konserti təqdim edilib.

Kulis.az xəbər verir ki, tədbir “Rotunda Roof Garden”də keçirilib.

Gecənin qonaqları İsmayıl İmanın (rejissor Tərlan Rəsulovdur) “Bağçada rahat yer” əsərinin unikal quruluşda tamaşasına baxıblar. Tamaşa Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Bağçada rahat yer”, “Püstə ağacı” və “Əlvida, Miledi!” hekayələri əsasında hazırlanıb.

Rolları Azərbaycanın Əməkdar artistləri Şahin Növrəsli, Elşən Rüstəmov və Mələk Abbaszadə ifa ediblər.

# 549 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #