“Backstreet Boys” qrupunun solisti Nik Karter yaxtada 15 yaşlı qıza cinsi təcavüz etməkdə ittiham olunur.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, zərərçəkən qızın sözlərinə görə, həmin vaxt onun 15 yaşı, ifaçının isə 23 yaşı olub.
Yaxtasında ona içki təklif edən Nik Karter daha sonra ona qarşı seksual xarakterinə hərəkətlər edib.
Qadın iddia etdiyi təcavüz barədə Pensilvaniya polisinə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.