Azərbaycanlı şairin şeirləri rus mətbuatında çap olundu

Azərbaycanlı şairin şeirləri rus mətbuatında çap olundu
2 sentyabr 2022
# 11:35

Rusiyanın populyar stihi.ru ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Ələkbər Salahzadənin rus dilinə tərcümə edilmiş “Dəniz nəğməsi”, “Mənsiz gecə”, “Dəniz” şeirlərinin yayımına başlayıb.

Kulis.az xəbər verir ki, Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifləri çərkəzin rus dili mütəxəssisi İlahə Feyziyeva və Rusiya ədəbiyyatşünas-alimi Anjela Lebedevadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “stihi.ru” portalı mütəmadi olaraq dünya ədəbiyyatının Pobert Berns, Federiko Qarsia Lorka, Emili Dikinson kimi korifey şairlərinin yaradıcılığını işıqlandırır.

# 971 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #