Azərbaycanlı rejissor yüksək mükafat aldı

Elvin Adıgözəl, rejissor

Elvin Adıgözəl, rejissor

22 dekabr 2021
# 11:56

Azərbaycanlı rejissorun “Biləsuvar” filmi Beynəlxalq festivalın qalibi olub.

Bu barədə Kulis.az-a məlumat verən filmin prodüseri İntiqam Hacılının sözlərinə görə, ssenarisi və quruluşu Elvin Adıgözələ aid olan “Biləsuvar” filmi bu il keçirilən "Moskovskaya premyera" festivalında "ən yaxşı rejissor işi" nominasiyasında qalib olub.

Festivalda rejissor Elvin Adıgözəl və prodüser İntiqam Hacılı iştirak ediblər.

Возможно, это изображение (2 человека, люди стоят и текст «18 декабря, 19.00 программа проткометражных мов вказский романс>> B кинотеатре "<иллюзион" 19 декабря, 16.00 19 декабря, 18.00 "чудаки"> премьера рузия) режиссер "лебединое озеро"> василий россия, мин 16+ дато жгенти, антон 19 декабр "необык' резо габриадзе, савелидзе джачв дзе. габриадзе где 18 декабря, 17.00 <<знаешь, MAN я был?> 2017. россия, режиссер лео абр резо резо габриадзе фильме снималс 18 декабря <не горюй! 1969. ссср (россия 94 мин.. режиссер ролях: Cepгo игорь ядко, александр первый показ москве квирикадзе ухути закариадзе. лаквелидзе декабря, 19.00 церемония закрытия фестиваля фильм закрытия <<райцентр" 2020, россия, "кин- ссср режиссерг (грузия), баадур цуладзе самал еслямова, никита аврамов.»)

Bundan əvvəl “Biləsuvar” filmi 2020-ci ildə Basan Beynəlxalq Filmlər Festivalında, Fransada Nant Beynalxalq Filmlər Festivalında, Almaniyanın GoEast Beynalxalq Filmlər Festivalında 2021-ci ildə Kazan Beynəlxalq festivalında iştirak edib. Rusiyanın Anapa şəhərində keçirilən “Kinoşok” festivalında “ən yaxşı ssenari” nominasiyasında qalib olub.

İntiqam Hacılı film haqda bunları söyləyib: “Biləsuvarda çəkilən film 5 hekayədən ibarətdir. Biləsuvarda yaşayan insanların həyatına işıq tutan filmdə - əsgərliyə gedən oğlan, köhnə məktəbdə işləyən müəllim, rayon mədəniyyət mərkəzində işləyən rejissor və aktyorlar, klip çəkdirmək istəyən müğənni və o klipi çəkmək istəyən rejissorun sonda balıqçının yanına getməsi mövzusu işlənib. Hər 5 hekayədə insanların çarəsizliyi və ümidsizliyi göstərilib, lakin necə deyərlər, həyatlarını bu tempdə davam etdirirlər, yaşayırlar və gələcəkdə hardasa bir işığın olduğuna inanırlar”.

Возможно, это изображение (1 человек, стоит и текст «7.00 габриадзе 18 де <<3! кабря, 19.00 ония тия фести M открыти премьерам 18 декабря, 19.00 программа короткометражных фильмов "кавказский романс 1975. ссср (грузия), 23 мин. 53 сек.. режиссеры: резо габриадзе, амиран дарсавелидзе в ролях: иосиф джачвлиани, лика кавжарадзе, зураб кикалейшвили <кувшин" 1970, ссср (грузия), 27 мин. 33 сек., режиссер ираклий квирикадзе в ролях: бухути закариадзе. вахтанг сулаквелидзе "<феола"> WnOWNം ти ким ки дука гворяться"> кная корея казахстан, 18+ 0 Vαν Lην ALAEUS ния»)

Xatırladaq ki, Biləsuvar filmi 2020-ci ildə çəkilib. Azərbaycan-Fransa istehsalı olan tammetrajlı bədii film Karakteres ( Fransa), Memuar Films (Azərbaycan) və Adari Films (Azərbaycan) prodakşnlarının məhsuludur. Filmin prodüserləri İntiqam Hacılı, Etienne de Ricaud və İradə Bağirzadə, operatoru Oktay Namazovdur.

Əyalətdə baş verən hadisələrdən bəhs edən filmdə Kamran Ağabalayev, Günel Zülfüqarlı, İlqar Dadaş, Tofiq Aslanov, Laçın Aslanova, Niyaməddin Amanov, Günel Mirzəli, Cahangir Məlik, Məmməd Hacıyev, Ruslan İsmayılov, Teymur Quliyev və başqaları çəkiliblər.

# 2130 dəfə oxunub

Müəllifin son yazıları

# # #