Azərbaycanlı rejissor Türkiyədəki zəlzələ ilə bağlı film çəkdi - Video

Azərbaycanlı rejissor Türkiyədəki zəlzələ ilə bağlı film çəkdi - Video
7 iyul 2023
# 18:18

Türkiyədə bu il fevralın 6-da baş vermiş və 50 mindən çox insanın ölümü ilə nəticələnən dəhşətli zəlzələ barədə “Bir an” adlı sənədli film çəkilib.

Kulis.az xəbər veir ki, ekran işinin rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu Almaz Qasımovadır.

Sənədli filmin qəhrəmanı jurnalist Sabir Səfərovdur. Filmdə qeyd olunub ki, həm qəhrəmanın yaşadığı hisslər, həm peşəsinə adekvat davranışı, həm də Azərbaycan mediasının qardaş ölkənin dərdinə şərik olması insanlıq nümunəsidir.

Zəlzələ bölgəsinin mənzərəsi və jurnalistin portreti bu filmdə bir-birinə diffuziya edərək filmin vahid strukturunu təşkil edir.

Filmdə dəhşətli zəlzələnin xronikası da təqdim olunub.

# 775 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #