Sergey Dovlatovun adı küçəyə verilə bilər

Sergey Dovlatovun adı küçəyə verilə bilər
11 dekabr 2013
# 11:19

Nyu-Yorkda rus dissident yazıçı Sergey Dovlatovun adına küçə ola bilər. Kulis.Az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə petisiyanın müəllifləri yazıçının yaşadığı 63rd Drive küçəsinin adının Sergei Dovlatov Way adlandırılmasını istəyirlər.

Hal-hazırda petisiyanı 1100 nəfərdən artıq adam imzalayıb. Hökumətin qərarı müzakirəyə çıxarması üçün 18 min imza lazımdır.

“Zona”, “Qoruq”, “Çamadan” və başqa əsərlərin müəllifi olan Sergey Dovlatov 1941-ci ildə Ufada anadan olub. 1978-ci ildə DTK-nin təzyiqlərinə davam gətirə bilməyən yazıçı SSRİ-dən ABŞ-a emiqrasiya edərək Nyu-Yorkda məskunlaşır. Əsərlərinin bir çoxu ABŞ-da nəşr olunub.

# 1912 dəfə oxunub

Müəllifin son yazıları

# # #