Azərbaycanlı aktyorlarla türk filmi - "Nisan"

Azərbaycanlı aktyorlarla türk filmi - "Nisan"
13 mart 2024
# 17:45

Türkiyənin Eslem film şirkəti tərəfindən istehsal edilən “Nisan” filmi 14 martdan etibarən Nizami Kino Mərkəzində və Park Cinema kinoteatrlarında nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, 75 dəqiqə xronometrajlı dram filmiin rejissoru və ssenari müəllifi İbrahim Bülbül, prodüserləri Yalçın Çoban və Metin Yücəldir. Filmin aktyor heyətində azərbaycanlı aktyorla yanaşı, digər yaradıcı heyətdə də həmyerlilərimiz yer alırlar.

Filmdə əsas rollarda Erhan Ufak, Canan Nəzirova, Novruz Cəfərov, Rəşad Kəsəmənli, Murad Abdullayev, Səbuhi Zaman, Şahin İmaməliyev, Vurğun Həsənov, Cihan Şəntürk, Şeyda Aydın iştirak ediblər.

Tamer yağışlı bir gündə boş küçədə tənha gəzərkən balaca bir it balasına rast gəlir. Onu evə aparır, adını Nisan qoyur. Tamer Nisanın qayğısına qalır və böyüdür. Bir gün bir silahlı dəstə Nisana atəş açır. Tamer polisə şikayət edir. Orada Serap adlı polis onun dərdinə şərik olur. Tamer itini öldürənləri təqib edir və onlardan bu əməli nə üçün törətdiklərini öyrənmək istəyir. Arada yaranan mübahisədə Tamer özünü qorumaq məqsədilə bir gənci öldürmək məcburiyyətində qalır. Polisin isə son hadisədən xəbəri yoxdur.

Filmin çəkilişləri Türkiyədə və Azərbaycanda aparılıb.

# 789 dəfə oxunub

Müəllifin son yazıları

# # #